Maarifləndirmə seminarlarında iştirak edən mediatorlara sertifikatlar təqdim olunub

15 sentyabr 2025-ci il tarixində Mediasiya ŞurasıAR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə Məhkəmə – Hüquq Şurası ilə qarşılıqlı əməkdakdaşlıq çərçivəsində may ayı ərzində müxtəlif tarixlərdə ölkə ərazisində fəaliyyət göstərən mediatorlar üçün videokonfrans vasitəsilə təşkil olunan seminar xarakterli təlimlərdə iştirak edən mediatorlara sertifikatlar təqdim olunub.

Sertifikatlar mediatorlara Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov və Ədliyyə Akademiyasının Vəkil və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova tərəfindən təqdim olunub.

Qeyd edək ki, maarifləndirici seminarlar mediasiya prosesinin mərhələləri, mediasiyada düzgün kargüzarlıq, barışıq sazişlərinin tərtibi və məzmunu, mediasiyanın mülki proseslərdə rolu və s. bu kimi mövzuları əhatə etməklə, müxtəlif məhkəmə hakimləri, Şuranın İntizam Komissiyası sədri və üzvləri, mediasiya təlimçiləri və mediasiya təşkilatı rəhbərləri tərəfindən məruzə olunub.