Kəlbəcər 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır
Kəlbəcər 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Kəlbəcər 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixindən etibarən Kəlbəcər, Xankəndi, Xocalı, Şuşa, Laçın, Qubadlı, Zəngilan rayonu üzrə vətəndaşlar Kəlbəcər 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Kəlbəcər 1 saylı mediasiya təşkilatının məlumatları:
Direktor: Səmədova Afət Rahid qızı
Ünvan: Göygöl rayonu, Heydər Əliyev Mərkəzi
Email: kalbajar1@mediasiya.gov.az
Telefon: +994 (55) 806 57 71, +994 (55) 505 09 70
