İsmayıllıda “Ailə münasibətlərindən irəli gələn mübahisələrdə mediasiyanın rolu” mövzusunda görüş keçirilib

10 dekabr 2025-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə münasibətlərindən irəli gələn mübahisələrdə mediasiyanın rolu” mövzusunda görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon şöbəsində keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayədarlıq Komitəsinin rəhbəri Nəsimi Teymurov, İsmayıllı 1 saylı mediasiya təşkilatının direktoru Mehdi Hüryanov və mediatorlar, İsmayıllı rayon polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis mayoru Rahim Orucov, İsmayıllı Şəhər İnzibati Ərazi Dairəliyinin icra nümayəndəsi Qiyas Abdullayev, “İsmayıllı xəbərləri” qezetinin baş redaktoru Şahməmməd Adilov, İsmayıllı Şəhər Bələdiyyəsinin müavini Ülviyyə Zeynalova, Uşaq və Gənclər Mərkəzinin diroktoru Xuraman Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon şöbəsinin rəhbəri Lətifə Əliyeva və həmin komitənin əməkdaşları iştirak edib.

Görüş zamanı ailə münasibətlərindən irəli gələn mübahisələrin alternativ həll yolu – mediasiya vasitəsilə həllinin üstünlükləri, mediasiyanın əsas prinsip və metodları müzakirə olunub.