“İnsan Hüquqları və Mediasiya” – ASAN Könüllüləri üçün maarifləndirici görüş

Bu gün Quba ASAN Xidmət Mərkəzinin Təlim-tədris binasında ASAN Könüllüləri ilə insan hüquqları və mediasiya mövzusunda əhatəli maarifləndirici görüş keçirildi.Görüş Quba 1 saylı MT-nin direktoru, hüquqşünas-mediator Hümmət Əliyev tərəfindən aparıldı. O, iştirakçılara insan hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlər, hüquqların müdafiəsi mexanizmləri və mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu barədə geniş məlumat verdi.

Görüş zamanı:

🔹 İnsan hüquqlarının yaranma mərhələləri və əsas prinsiplər

🔹 Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti

🔹 Hüquq pozuntularının növləri və müdafiə vasitələri

🔹 Mediasiyanın cəmiyyətdə artan əhəmiyyəti

🔹 Gənclərin hüquqi maariflənməsində könüllülərin rolukimi mövzular ətrafında canlı müzakirələr aparıldı.ASAN Könüllülərinin fəal iştirakı və mövzuya olan marağı görüşə xüsusi rəng qatdı.Bu kimi maarifləndirici tədbirlər gənclərin hüquqi biliklərinin artırılmasına, konfliktlərin dinc yolla həllinin təşviqinə və sağlam hüquqi düşüncənin formalaşdırılmasına mühüm töhfə verir.

Maariflənən gənclik – güclü gələcəyimizin əsas sütunudur!