Gədəbəy 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır
Gədəbəy 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Gədəbəy 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Qeyd edək ki, 12 yanvar 2026-cı il tarixindən etibarən Gədəbəy, Xocalı və Xankəndi rayonu üzrə vətəndaşlar Gədəbəy 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.Gədəbəy 1 saylı mediasiya təşkilatının məlumatları:
Direktor: Əliyeva Leyla Loğman qızı
Ünvan: Gədəbəy şəhəri, 20 yanvar küçəsi
Email: gadabay1@mediasiya.gov.az
Telefon: +994 50 307 78 73
