“Femida Könüllüləri” Təşkilatı səmərəli əməkdaşlığa və göstərilən dəstəyə görə Mediasiya Şurasına Təşəkkür Plaketi təqdim edib

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının iştirakı ilə Femida könüllüləri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.

Tədbirdə Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev və Şuranın Mediatorlarla və mediasiya təşkilatları ilə iş departamentinin rəhbəri Kamil Lətifov da iştirak edib.

Tədbir zamanı 2025-ci il ərzində səmərəli əməkdaşlığa və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin fəaliyyətinə göstərilən dəstəyə görə Mediasiya Şurasına Təşəkkür Plaketi təqdim edilib. Plaketi Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev alıb.