Daşkəsən rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Daşkəsən 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Daşkəsən 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Daşkəsən 1 saylı mediasiya təşkilatına Daşkəsən, Gədəbəy, Xankəndi, Xocalı, Kəlbəcər rayonu üzrə vətəndaşlar müraciət edə bilər.

Daşkəsən 1 saylı mediasiya təşkilatının məlumatları:

Ünvan: Daşkəsən rayonu, İ. Qayıbov küçəsi, ev 29, mənzil 13

Email: dashkasan1@mediasiya.gov.az

Telefon: +994 50 798 75 93