Mediatorların ilkin hazırlıq kursunu bitirən daha bir qrup mediatorluğa namizədin yekun imtahanı keçirilib
16 dekabr 2025-ci il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Mediatorların ilkin hazırlıq kursu”nu başa vuran 20 nəfər mediatorluğa namizədin yekun imtahanı keçirilib. İmtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi…
