Mediasiya Şurası və Balakən 1 saylı mediasiya təşkilatı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı tələbələri üçün seminar keçirilib

11 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Balakən 1 saylı mediasiya təşkilatı Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Zaqatala filialı tələbələri və müəllim heyəti ilə maarifləndirici görüş keçirib. Görüşün əsas məqsədi mediasiya institutunun mahiyyəti, tətbiq sahələri və cəmiyyət üçün əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmaq olub. Tədbir zamanı Balakən 1 saylı mediasiya təşkilatının direktoru Nizamə İsmayılova…

Read More

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən mediatorlar üçün “Rəqəmsal zamanda süni intellekt və mediasiya” mövzusunda təlim keçirilib

24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatı, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən mediatorlar üçün “Rəqəmsal zamanda süni intellekt və mediasiya” mövzusunda təlim keçirilib. Təlimçi qismində eyniadlı kitabın müəllifi Ankara Medipol Universitetinin Hüquq fakültəsinin Ümumi İctimai Hüquq kafedrasının professoru, dr. Ergin Ergül, moderator qismində isə…

Read More

Kürdəmir rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Kürdəmir 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Kürdəmir 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Kürdəmir rayonu üzrə vətəndaşlar 5 yanvar 2026-cı ildən etibarən Kürdəmir 1 saylı mediasiya təşkilatına…

Read More

Zaqatala 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

Zaqatala 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə Zaqatala 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Qeyd edək ki, 24 dekabr 2025-ci il tarixindən etibarən…

Read More

Mediasiya Şurası üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili qeyd ediblər

21 dekabr 2025-ci il tarixində Mediasiya Şurası üzvləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili birlikdə qeyd ediblər. Korporativ tədbirdə Mediasiya Şurası İdarə Heyəti, Mediasiya Şurası İntizam Komissiyası, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın anma mərasimi ilə başlayıb….

Read More

Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü Türkiyə Cümhuriyyətinin ilk azərbaycanlı mediatoru olaraq sertifikat aldı

Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, mediator Aygün Əliyeva Türkiyə Cümhuriyyətinin ilk azərbaycanlı mediatoru olaraq sertifikat alıb. Bu ilin mart ayından etibarən Türkiyə Cümhuriyyətində müvafiq mediasiya kurslarını bitirərək, imtahanlardan müvəffəqiyyətlə keçərək, Türkiyə Cümhuriyyətinin mediatorlarının reyestrində qeydiyyatdan keçmiş Aygün Əliyevanın 11.03.2025-ci il tarixli, 48013 nömrəli mediasiya sertifikatını 19 dekabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ədliyyə Nazirliyində, Türkiyə…

Read More

Mediasiya Şurası üzvlərinin sahibkarlarla görüşü keçirilib

16 dekabr 2025-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən ZOOM onlayn platforması üzərindən sahibkarlarla görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Mediasiya Şurası, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və müvafiq sahibkarlıq subyektləri iştirak edib. Sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı sui-istifadə və korrupsiya hallarının qarşısının alınması və mediasiyanın…

Read More

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Zəfər Salnaməsi: Hüquq və Birliyimiz” adlı düşərgədə çıxış edib

9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Femida Könüllüləri Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər Salnaməsi: Hüquq və Birliyimiz” adlı düşərgə baş tutub.Düşərgənin ikinci günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Gənc hüquqşünasların karyera inkişafında könüllülüyün rolu” mövzusunda çıxış edib. Çıxışı zamanı Nadir Adilov könüllü fəaliyyətin gənc kadrların…

Read More

Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova CEPEJ-in 45-ci plenar iclasında iştirak edib

2025-ci ilin 4-5 dekabr tarixlərində Strasburq şəhərində Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 45-ci plenar iclası keçirilib. İclasda Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə Proqramının üçüncü mərhələsində (PGG3) icra olunan “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsinde Mediasiya Şurasından Şuranın İdarə Heyətinin üzvü Sima Yagub iştirak edib. CEPEJ üzvü olan ölkələrin nümayəndələrinin,…

Read More

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Zəfər Salnaməsi: Hüquq və Birliyimiz” adlı düşərgədə çıxış edib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Femida Könüllüləri Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər Salnaməsi: Hüquq və Birliyimiz” adlı düşərgə 6-9 dekabr tarixlərində baş tutur. Düşərgənin ikinci günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Gənc hüquqşünasların karyera inkişafında könüllülüyün rolu” mövzusunda çıxış edib. Çıxışı zamanı Nadir Adilov könüllü fəaliyyətin gənc kadrların formalaşmasında…

Read More