Balakən 1 saylı mediasiya təşkilatının təşkilatçılığı ilə vəkillərlə görüş keçirilib
27 dekabr 2025-ci il tarixində “Vəkil günü” Peşə Bayramı münasibətilə keçirilən görüşdə Balakən 1 saylı mediasiya təşkilatının direktoru Nizamə İsmayılova, mediatorlar Turac Ramazanov və Nurlan Ramazanlı, vəkillər Ceyhun Daanov, İlkin Kaltayev və İsa Yolçuyev iştirak edib.
Vəkillərin peşə fəaliyyətinin qiymətləndirilməsi, mediasiya təşkilatı ilə vəkillər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən görüşdə vəkillərin peşə bayramı günü qeyd edilib.




