Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakı 25 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub
16 yanvar 2026-cı il tarixində Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakı 25 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub. Görüşdə Qırğızıstan nümayəndə heyətinin üzvləri Gülsina Kojoyarova və Şamil Usubaliyev, Bakı 25 saylı mediasiya təşkilatının direktoru Aqil Əsgərov, mediatorlar Tural Məmmədov, Sevinc Ağayeva, Günay Cəfərova, Liza Qurbanova, Ülviyyə Qurbanova, Nigar Məmmədova, Mahir Əliyev, Xəlil Süleymanlı, Ayaz Süleymanov və Elnur Abbaszadə iştirak edib.Təşkilatın direktoru Aqil Əsgərov qonaqları təşkilatın mediasiya sahəsində gördüyü işlər, fəaliyyət istiqamətləri, mediasiya prosesləri və tətbiq olunan praktiki mexanizmlər barədə ətraflı məlumatlandırıb.Görüş çərçivəsində tərəflər arasında mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu, bu sahədə institusional təcrübə, ictimai maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, mediasiya təcrübəsinin müxtəlif ölkələrdə tətbiqi, hüquqi mühitin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş qarşılıqlı maraq doğuran mövzular ətrafında konstruktiv və işgüzar şəraitdə keçib.







