Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakı 20 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub
16 yanvar 2026-cı il tarixində Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakı 20 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə yerində tanış olub. Görüşdə Qırğızıstan nümayəndə heyətinin üzvləri Aynura Baratova və Baytemir Nayzabekov, Bakı 20 saylı mediasiya təşkilatının direktoru Nicat İsmayılov, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, mediatorlar Elçin Hüseynov, Aydan Sabitova, Səbinə Həsənova iştirak edib.Təşkilatın direktoru Nicat İsmayılov qonaqları təşkilatın mediasiya sahəsində gördüyü işlər, fəaliyyət istiqamətləri, mediasiya prosesləri və tətbiq olunan praktiki mexanizmlər barədə ətraflı məlumatlandırıb.Görüş çərçivəsində tərəflər arasında mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu, bu sahədə institusional təcrübə, ictimai maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, mediasiya təcrübəsinin müxtəlif ölkələrdə tətbiqi, hüquqi mühitin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş qarşılıqlı maraq doğuran mövzular ətrafında konstruktiv və işgüzar şəraitdə keçib.







