Bakı 22 saylı mediasiya təşkilatının təsisçisi Orxan Mahmudov növbəti dəfə deputat Gülşən Paşayevanın təşəbbüsü ilə vətəndaş qəbulunda deputatla birgə iştirak edib
15 noyabr 2025-ci il tarixində deputat Gülşən Paşayeva vətəndaşları qəbul edib. Qəbulda Binə qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy və Mediasiya Şurasının İntizam Komissiyasının sədr müavini, Bakı şəhəri 22 saylı mediasiya təşkilatının təsisçisi Orxan Mahmudov iştirak edib.
Qəbul zamanı vətəndaşlar əmlakın sənədləşdirilməsi, küçələrdə asfalt örtüyün salınması, məşğulluq, su təchizatı və kanalizasiya ilə bağlı qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Gülşən Paşayeva vətəndaşları diqqətlə dinləyib və müraciətlərin qeydiyyatını aparıb.
Deputat Gülşən Paşayevanın növbəti vətəndaş qəbulu 3 dekabr tarixində saat 11.00-13.00 Qala qəsəbə klubunda (Qala qəsəbəsi, Sülh küç. 6) keçiriləcəkdir.
Qeydiyyat və əlavə məlumat üçün:
Ramin Ağacanov +994 (55) 226 26 07





