İxtisasartırma kursunu başa vuran mediatorların yekun imtahanı keçirilib
26 dekabr 2025-ci il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ixtisasartırma kursunu başa vuran mediatorların yekun imtahanı keçirilib.
İmtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb.
İmtahan Komissiyasının sədri, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Komissiyanın üzvləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara mediasiyada kommunikasiya və növləri, etika filteri və emosional idarəetmə ilə bağlı suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.
Qeyd edək ki, 11 nəfər kişi, 4 nəfər qadın olmaqla, ümumilikdə 15 nəfər namizəd imtahandan uğurla keçmişdir.




































