Mediasiya Şurası üzvlərinin sahibkarlarla görüşü keçirilib

16 dekabr 2025-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən ZOOM onlayn platforması üzərindən sahibkarlarla görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Mediasiya Şurası, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və müvafiq sahibkarlıq subyektləri iştirak edib.

Sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı sui-istifadə və korrupsiya hallarının qarşısının alınması və mediasiyanın tətbiqi istiqamətində maarifləndirmə, sahibkarlar arasında əlaqələrin qurulması məqsədilə keçirilən görüşdə Mediasiya Şurasını Bakı 13 saylı Mediasiya Təşkilatının direktoru İlham Mehtiyev, Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov və Mediasiya Şurasının Mediatorlarla və mediasiya təşkilatları ilə iş departamentinin rəhbəri Kamil Lətifov təmsil edib.

İlham Mehtiyev və Sadiq Bağırov mediasiya prosesinin gedişatı, mediasiyanın prinsipləri və üstünlükləri barədə məlumat verib və görüşdə iştirak edən sahibkarların mediasiya sahəsi ilə bağlı suallarını cavablandırıblar.