Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsinin müzakirəsi ilə bağlı tədbir keçirilib
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, narkomaniyanın qarşısının alınması və ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsinin müzakirəsi ilə bağlı tədbir keçirilib
Tərtər rayon Peşə məktəbində keçirilən tədbirdə Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər şəhər Polis sahə rəisi Nail Cəfərli, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı –narkoloq Hicran Rəhimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, məktəbin direktoru Əli Babayev, məktəbin kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edən Mirməmməd Əyyubov erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən mediasiyanın əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.










