Qubada Qərbi Azərbaycan İcması ilə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Quba 1 saylı Mediasiya Təşkilatı arasında birgə əməkdaşlıq Memorandumunun imzalanmasına dair görüş keçirildi
4 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı MT və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə hər iki qurum arasında qarşıdakı dövrlərdə həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası, sosial dəstək, hüquqi maarifləndirmə və ictimai əməkdaşlıq sahələrində birgə əməkdaşlıq Memorandumunun imzalanmasına hazırlıq üzrə müzakirələrin aparılması məqsədilə görüş keçirilib.
Tədbirdə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Tünzalə xanım, Quba 1 saylı mediasiya təşkilatının direktoru Hümmət Əliyev, Quba Rayon İcra Hakimiyyəti, YAP Quba Rayon Təşkilatı və digər idarə və təşkilatların nümayəndələri çıxış edərək hər iki qurumun fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirib və gələcək əməkdaşlıq üçün konstruktiv təkliflər irəli sürüblər.
Tədbirin fəxri qonağı — Azərbaycan ədəbiyyatının tanınmış siması, şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin və İraq Türkman Yazarlar Birliyinin üzvü, AYB Quba bölməsinin sədri, “Azərmətbuatyayımı” ASC-nin 5 saylı Regional İdarəsinin rəisi və “Azərbaycan Bayrağı” şeirinin müəllifi Ramiz Qusarçaylı da çıxış edərək şəhidlərimizin xatirəsinə ehtiramın hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğulayıb və hər iki təşkilata fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda tərəflər birgə əməkdaşlığa dair Memorandum imzalayıblar.




















