“Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” adlı kitab nəşr olunub
Azərbaycanda mediasiya institutunun inkişaf etdirilməsi, cəmiyyətin mediasiya anlayışı ilə tanışlığı və təhsil sahəsində münaqişələrin həllində alternativ həll yolu – mediasiyanın tətbiqinin üstünlüklərini diqqətə çatdırmaq məqsədilə “Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” adlı kitab nəşr olunub. Kitabın müəllifi Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru, prof. Bənövşə Məmmədova, redaktoru isə Bakı 9 Saylı Mediasiya Təşkilatının mediatoru, prof. Dr. Fərhad Mehdiyevdir.
Kitab Azərbaycan Respublikası Mediasiya Şurası, Bakı 20 saylı mediasiya təşkilatı və Türk Dünyası Arabulucular Birliği‘nin dəstəyi ilə nəşr olunub.
“Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” kitabının əsas ağırlıq mərkəzi təhsil sahəsidir. Kitabda orta və ali təhsil müəssisələrində mediasiyanın tətbiqi, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, müəllimlərarası əməkdaşlıq, məktəb rəhbərliyi ilə valideynlər arasında kommunikasiya, eləcə də inklüziv təhsildə – xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işdə mediasiyanın rolu geniş şərh olunur.

