“Əbədilik və Suverenlik” qaçış yarışında Mediasiya Şurasının nümayəndələri iştirak ediblər
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə 11 oktyabr 2025-ci il tarixində “Əbədilik və Suverenlik” adlı qaçış yarışı keçirilib.
Yarış “Dəniz Mall” ticarət mərkəzinin qarşısından başlayaraq Bayraq Meydanınadək olan 5 kilometrlik marşrut üzrə baş tutub. Fərqli kateqoriyalar üzrə qaliblərə mükafatlar təqdim olunub.
Tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, Mediasiya Şurası sədrinin müşaviri Əli Fərzəliyev və mediasiya.tv saytının redaktoru Səma Fərzəli iştirak ediblər.
Mediasiya Şurasının nümayəndələrinin bu tədbirdə iştirakı, fiziki aktivliyin və milli dəyərlərə sadiqliyin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə təşəbbüslər həm sağlam həyat tərzinin təşviqinə, həm də ictimai həmrəyliyin güclənməsinə töhfə verir.


