Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı xanım İlkan Varol Türk Dünyası Arabulucular Birliyinin nümayəndə heyəti ilə görüşüb

Türk Dünyası Arabulucular Birliği‘nin nümayəndə heyətinin 24–25 fevral 2026-cı il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinə rəsmi səfər çərçivəsində, səfər proqramına uyğun olaraq Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı xanım İlkan Varol ilə görüş keçirilib. Görüş qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və hüquqi institutlar arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.

Keçirilən görüş zamanı hüquqi dövlət prinsiplərinin təşviqi, mediasiya institutunun daha da gücləndirilməsi, mübahisələrin alternativ həlli mexanizmlərinin effektivliyinin artırılması, eləcə də institusional əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb. Tərəflər qarşılıqlı fikir mübadiləsi əsasında mövcud təcrübələri bölüşüb, bu sahədə perspektiv istiqamətləri dəyərləndiriblər.

Eyni zamanda, Ombudsman təsisatının fəaliyyət istiqamətləri, vətəndaş müraciətlərinin araşdırılması mexanizmləri və ictimai nəzarət funksiyasının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi aparılıb, mediasiya mexanizmlərinin hüquqi sistemdə rolu və əhəmiyyəti xüsusi vurğulanıb. Görüş çərçivəsində gələcəkdə birgə layihələrin, maarifləndirici tədbirlərin və peşəkar təlim proqramlarının təşkili məsələləri də nəzərdən keçirilib.