Mediasiya Şurasının sədri Nadir Adilova Ombudsman təsisatının 20 illiyi münasibətilə yubiley medalı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Qanunla təsis edilmiş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili (Ombudsman) Səbinə xanım Əliyevanın imzaladığı müvafiq əmrlə Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova təqdim edilmişdir.
Dəyərli müvəkkilimiz Səbinə xanım Əliyevaya bu etimadına görə dərin təşəkkür edir və Mediasiya Şurası adından minnətdarlığımızı bildiririk.
