“Mübahisəsiz həyat: mediasiya nədir?” mövzusunda görüş keçirilib
10 yanvar 2026-cı il tarixində Şəmkir 2 saylı mediasiya təşkilatının və Gəncə 2 saylı ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə 2 saylı ASAN Xidmət Mərkəzində ASAN Könüllüləri ilə “Mübahisəsiz həyat: mediasiya nədir?” mövzusunda görüş keçirilib.Görüşdə çıxış edən Şəmkir 2 saylı mediasiya təşkilatının direktoru, mediator Vüsal Bayramov mediasiya anlayışı, onun mübahisələrin sülh yolu ilə həllində rolu və gündəlik həyatımızda tətbiqi barədə ətraflı məlumat verib.Maarifləndirici və interaktiv formada keçən görüş könüllülərin suallarının cavablandırılması ilə başa çatıb.





