Mediator Ayan Tağızadə tərəfindən mediatorlar üçün “Emosional intellekt: Yumşaq olma yoxsa emosional səriştə?” mövzusunda təlim keçirilib
10 yanvar 2026-cı il tarixində Mediasiya Şurası və Bakı 9 Saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə mediatorlar üçün “Emosional intellekt: Yumşaq olma yoxsa emosional səriştə?” mövzusunda təlim keçirilib.Təlim Mediasiya Şurasının üzvü, Bakı 9 saylı mediasiya təşkilatının mediatoru, holistik terapevt Ayan Tağızadə tərəfindən aparılıb.Təlim zamanı mediatorlar özünün və tərəflərin emosiyalarını nə dərəcədə tanıdığı, üzləşməkdən çəkindiyimiz hisslərin tərəfsiz olmağımıza maneə ola biləcəyi kimi mövzular ətrafında müzakirələr aparılıb.





