16 yanvar 2026-cı il tarixində Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Abşeron 2 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub

16 yanvar 2026-cı il tarixində Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Abşeron 2 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub. Görüşdə Qırğızıstan nümayəndə heyətinin üzvləri Anara Abdrazakova və Gulnura Arakeeva, Abşeron 2 saylı mediasiya təşkilatının direktoru Turqut Nadirov, təsisçisi Rüstəm Məhərrəmov və mediatorlar Xəyalə Əliyeva, Aygün Əliyeva və Leyla Eldarzadə iştirak edib.

Təşkilatın direktoru Turqut Nadirov qonaqları təşkilatın mediasiya sahəsində gördüyü işlər, fəaliyyət istiqamətləri, mediasiya prosesləri və tətbiq olunan praktiki mexanizmlər barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində tərəflər arasında mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu, bu sahədə institusional təcrübə, ictimai maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, mediasiya təcrübəsinin müxtəlif ölkələrdə tətbiqi, hüquqi mühitin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş qarşılıqlı maraq doğuran mövzular ətrafında konstruktiv və işgüzar şəraitdə keçib.