117 nömrəli məktəbdə “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 14 yanvar 2026-ci il tarixində 117 nömrəli məktəbdə Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru, pedaqoq, müəllim Vəfa Seyfullayevanın müəllifi olduğu “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı İlahə Əfqanlı, 117 nömrəli məktəbin direktor əvəzi Ülkər Hüseynova, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib. Vəfa Seyfullayeva çıxış edərək “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabının münaqişələrin həlli, sosial ədalət və gənclər arasında sağlam ünsiyyətin təşviqi məqsədilə hazırlanmış bir qaynaq olub, həm nəzəri bilikləri, həm də real dünya təcrübələrini birləşdirərək həmyaşıd mediasiyasının vacibliyini, necə işlədiyini və bu sahədəki uğurlu layihələri və praktikaları təqdim etdiyini bildirib. Çıxış edən digər iştirakçılar da mediasiya sahəsinin məktəblərdə və gənclər təşkilatlarında mediasiya biliklərinin təbliğinin önəmini qeyd edib, və kitabın praktiki nümunələrlə dolu olduğunu və real həyatda tətbiq üçün faydalı olduğunu bildiriblər.






















