Mediatorlar klubunun sayca 16-cı qeyri-rəsmi görüşü keçirilib

6 dekabr 2025-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə mediatorların sayca 16-cı səhər yeməyi baş tutub. Səhər yeməyində mediator və mediasiya təşkilatı rəhbərləri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edib. Səhər yeməyinin qonaqları Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” Xarici Siyasət və Təhlükəsizlik Platformasının direktoru Elçin Alıoğlu,…

Read More

Beynəlxalq Könüllülər Günü münasibətilə Femida könüllüləri ilə görüş keçirilib

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının iştirakı ilə Femida könüllüləri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.Görüş zamanı Femida Könüllüləri Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov iştirakçıları salamlayıb. Çıxışları zamanı Ali Məhkəmə Aparatının Daxili nəzarət və insan…

Read More

Mediasiyanın Azərbaycan cəmiyyətindəki rolu

Mediasiyanın Azərbaycan cəmiyyətindəki roediasiyanın Azərbaycan cəmiyyətindəki rolu son illərdə xüsusilə artıb. İnformasiya əsrində yaşamağımız, xəbərlərin sürətli yayılması və sosial medianın geniş istifadəsi mediasiyanın cəmiyyət üçün əhəmiyyətini daha da qabarıq şəkildə ortaya qoyur. Mediasiya, mübahisələrin məhkəməyə getmədən, tərəflərin qarşılıqlı razılığı əsasında həll edilməsi prosesidir və bu, bir çox üstünlüklərə malikdir. Azərbaycan cəmiyyətində mediasiyanın tətbiqi, ilk növbədə,…

Read More

Qubada Qərbi Azərbaycan İcması ilə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Quba 1 saylı Mediasiya Təşkilatı arasında birgə əməkdaşlıq Memorandumunun imzalanmasına dair görüş keçirildi

4 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı MT və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə hər iki qurum arasında qarşıdakı dövrlərdə həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası, sosial dəstək, hüquqi maarifləndirmə və ictimai əməkdaşlıq sahələrində birgə əməkdaşlıq Memorandumunun imzalanmasına hazırlıq üzrə müzakirələrin aparılması məqsədilə görüş keçirilib….

Read More

Quba 1 saylı Mediasiya Təşkilatının-nın kollektivi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri, eləcə də rayonun bir sıra idarə və təşkilatlarının əməkdaşları Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin ofisini ziyarət ediblər

Görüş zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə geniş məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi yaddaşının qorunması, həqiqətlərin gənc nəslə çatdırılması və ictimai birliklərin bu prosesdə rolu xüsusi vurğulanıb.

Read More

Masallıda “Mediasiyanın faydaları və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Masallı 2 Saylı Mediasiya Təşkilatının və Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Hacıtəpə kənd tam orta məktəbində “Mediasiyanın faydaları və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Masallı 2 saylı mediasiya təşkilatının direktoru Tünzalə Qardaşova, Masallı Rayon İcra Hakimiyyətinin Xırmandalı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Afəddin Kərimov, Xırmandalı…

Read More

Bakı 25 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb

Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayır Bakı 25 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 25 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 3 dekabr 2025-ci il tarixindən etibarən…

Read More

Mediatorların ixtisasartırma və ilkin hazırlıq kurslarının yeni mərhələsinə başlanılıb

1 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mediasiya Şurasının təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün mediatorların ixtisasartırma və ilkin hazırlıq kurslarının yeni mərhələsinə başlanılıb. Mediatorların ixtisasartırma kursunda 30 nəfər, mediatorların ilkin hazırlıq kurslarında isə 59 nəfər mediator iştirak edir. Kursların açılış tədbirində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir…

Read More

Qobustan rayonunda “20 oktyabr – 20 noyabr Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir baş tutub

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva, Qobustan 1 saylı mediasiya təşkilatının direktoru Nemət Alcanov, Qobustan Gənclər Evinin direktoru Əlibaba Məlikli, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov, Qobustan rayon məktəbliləri və müəllimlər iştirak ediblər. Tədbir zamanı uşaq hüquqları və azadlıqları, uşaq hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik, uşaq hüquqlarının…

Read More

Mediatorlar üçün “Mediasiyada uşağın mənafelərinin nəzərə alınması və maraqlarının qorunması” mövzusunda onlayn təlim keçirilib

13 noyabr 2025-ci il tarixində “Uşaq Hüquqları Aylığı” çərçivəsində Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediatorlar üçün “Mediasiyada uşağın mənafelərinin nəzərə alınması və maraqlarının qorunması” mövzusunda onlayn təlim keçirilib. Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov və Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov tərəfindən keçirilən təlimdə ümumilikdə 50…

Read More