“Mediasiya proseslərinin təşviq edilməsində QHT-lərlə əməkdaşlığın rolu” adlı tədbir keçirilib
6 ay əvvəl
273

“Mediasiya proseslərinin təşviq edilməsində QHT-lərlə əməkdaşlığın rolu” adlı tədbir keçirilib

26 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Mediasiya Şurası və Azərbaycan Milli QHT Forumu tərəfindən “Mediasiya proseslərinin təşviq edilməsində QHT-lərlə əməkdaşlığın rolu” adlı tədbir keçirilib. 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Qeyri – Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli iştirakçıları salamlayıb və mediasiya sahəsində QHT-lərlər qurulan əməkdaşlıqlara diqqət çəkib.

Daha sonra Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov söz alıb və son bir ildə mediasiya sahəsindəki inkişafdan danışıb. O, həmçinin QHT-lərlə gələcəkdə qurula biləcək əməkdaşlıqdan və bu əməkdaşlıqların gətərəcəyi səmərədən söz açıb. Nadir Adilov vurğulayıb ki, mediasiyanın müxtəlif sahələrə inteqrasiyası mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın irəliləməsinə yol açacaqdır.

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat ve reyestr baş idarəsinin aparıcı məsləhətçisi Aytən Abbasova isə öz çıxışı zamanı mediasiya təşkilatlarinin qeydiyyati, həmçinin QHT-lərin mediasiyasinin təşviqində rolu və bu sahədə səmərəli əməkdaşlığın qurulmasindan bəhs etmişdir.

post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
post
Dünya
Bütün hüquqlar Mediasiya Şurasına aiddirCreated by Webline