Milli Məclisin deputatı Aydın Hüseynov Bakı 21 saylı Mediasiya Təşkilatını ziyarət edib
Azərbaycan Respublikası Qaradağ rayonu üzrə seçilmiş Milli Məclisin deputatı, hörmətli Aydın Hüseynov Qaradağ rayonunda fəaliyyət göstərən Bakı 21 saylı Mediasiya Təşkilatını ziyarət etmişdir.
Ziyarət zamanı deputat Təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuş, rəhbərlik və mediatorlarla səmimi fikir mübadiləsi aparmışdır. Görüş çərçivəsində mediasiyanın inkişafı, vətəndaş məmnunluğunun artırılması və hüquqi maarifləndirmənin əhəmiyyəti barədə ətraflı müzakirələr keçirilmiş, deputat tərəfindən faydalı tövsiyə və məsləhətlər verilmişdir.
Görüşün sonunda Bakı 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov hörmətli deputata təşəkkür əlaməti olaraq xatirə hədiyyəsi təqdim etmiş və xatirə şəkli çəkilmişdir.
Bu ziyarət mediasiya proseslərinin təşviqi və vətəndaşların hüquqlarının qorunması istiqamətində əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.







